Главная > Hadisə > Ağdaşda maşınlar toqquşdu, 3 nəfər yaralandı

Ağdaşda maşınlar toqquşdu, 3 nəfər yaralandı


24-12-2022, 15:00. Разместил: admin
Ağdaşda maşınlar toqquşdu, 3 nəfər yaralandı

Ağdaşda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Ləki kəndi ərazisində qeydə alınıb.
Ətraflı

Rayon sakini Teymur Hacıyevin idarə etdiyi “VAZ-21011” və Musa Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, eləcə də iki sərnişini - 2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад