Главная > Hadisə > Şabranda maşın aşdı: Xəsarət alanlar var

Şabranda maşın aşdı: Xəsarət alanlar var


25-12-2022, 14:56. Разместил: admin
Şabranda maşın aşdı: Xəsarət alanlar var

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə magistralın Şabran rayonu ərazisində keçən hissəsində qeydə alınıb.

Nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu və 1975-ci il təvəllüdlü Samirə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Вернуться назад