Главная > Hadisə > Qaxda iki uşaq atası faciəvi şəkildə öldü - YENİLƏNİB + VİDEO

Qaxda iki uşaq atası faciəvi şəkildə öldü - YENİLƏNİB + VİDEO


3-01-2023, 20:22. Разместил: admin
Qaxda iki uşaq atası faciəvi şəkildə öldü - YENİLƏNİB + VİDEO

“Dostu qaçıb, özü qaça bilməyib”.

Bu sözləri Qaxın Qaşqaçay kəndində qurumuş ağacı kəsərkən başqa ağacın iri budağının üzərinə düşməsi nəticəsində həlak olan 46 yaşlı Elsəvər Quliyevin qardaşı Hacı Quliyev deyib.

O qeyd edib ki, Elsəvər iki uşaq atası olub.

Daha ətraflı süjetdə:



10:25

Qax rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад