Главная > Hadisə / Manset > Ermənistanda 15 hərbçinin ölümü ilə bağlı yüksəkvəzifəli hərbçilər işdən qovuldular - YENİLƏNİB

Ermənistanda 15 hərbçinin ölümü ilə bağlı yüksəkvəzifəli hərbçilər işdən qovuldular - YENİLƏNİB


19-01-2023, 13:19. Разместил: admin
Ermənistanda 15 hərbçinin ölümü ilə bağlı yüksəkvəzifəli hərbçilər işdən qovuldular - YENİLƏNİB

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın imzaladığı fərmanla 2-ci Ordu Korpusunun komandiri Vahram Qriqoryan vəzifəsindən azad edilib.

Ermənistanın İctimai Televiziyasının məlumatına görə, Qriqoryanın müavinləri – polkovnik Miqran Maxsudyan (qərargah rəisi), polkovnik Şiraz Xaçatryan (arxa cəbhə təminatı ilə bağlı müavin), polkovnik Artur Ohanyan (döyüş növbəsi xətti üzrə müavin) da vəzifələri ilə vidalaşacaqlar.

Həmçinin komandir müavini, briqada qərargah rəisi polkovnik-leytenant Rudik Akopyan, arxa cəbhə təminatı üzrə briqada komandirinin müavini Qor Axekyan, briqada mühəndis xidməti rəisi kapitan Tiqran Kazaryan, mühəndis-istehkamçı rota komandiri kapitan Qor Sarkisyan da işdən çıxarılacaqlar.

10:30

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğının söndürülməsinə beş saat vaxt sərf olunub.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə xidməti məlumat yayıb.

Hadisə Basarkeçər rayonunun Azat kəndindəki hərbi hissədə baş verib.

Binanın təxminən 104 kvadratmetr ərazisi yanıb. Binadan 15 cəsəd çıxarılıb, üçü müxtəlif dərəcəli yanıqlarla Vardenis tibb mərkəzinə aparılıb.

Ermənistan İctimai Televiziyasının məlumatına görə, insidentlə əlaqədar ikinci ordu korpusunun komandiri və Ermənistan Silahlı Qüvvələrin yanğın təhlükəsizliyi idarəsinin rəisi işdən çıxarılacaqlar.

08:23

Ermənistanda hərbi hissələrin birində, kazarmada yanğın baş verib.

Bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 15 hərbçi ölüb.

Yaralılardan 3-nün vəziyyəti ağırdır.
Вернуться назад