Главная > Hadisə / Manset > Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxs saxlanılıb - YENİLƏNİB + FOTO

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxs saxlanılıb - YENİLƏNİB + FOTO


27-01-2023, 13:18. Разместил: admin
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxs saxlanılıb - YENİLƏNİB + FOTO
Bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxs saxlanılıb.

Bu barədə APA məlumat verib.

Qeyd edək ki, hücumu dəf edərkən mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər isə yaralanıb.

10:24

Bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

Bu barədə “Caliber” “Telegram” kanalı xəbər verib.

Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha bir nəfər isə yaralanıb.


Вернуться назад