Главная > Hadisə / Manset > FHN-in xilasediciləri daha 1 nəfərin meyitini dağıntılar altından çıxarıblar - YENİLƏNİB + VİDEO
FHN-in xilasediciləri daha 1 nəfərin meyitini dağıntılar altından çıxarıblar - YENİLƏNİB + VİDEO8-02-2023, 18:07. Разместил: admin |
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri Türkiyənin zəlzələ baş verən Kahramanmaraş bölgəsində axtarış əməliyyatlarını davam etdirirlər. APA-nın zəlzələ bölgəsinə ezam olunan əməkdaşı xəbər verir ki, FHN qüvvələri dağıntılar altından daha bir nəfərin meyitini çıxararaq təhvil veriblər. 14:30 Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir uşağın meyitini çıxarıb. “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, FHN-in xilasediciləri tərəfindən şəhərin Heydər Əliyev prospektindəki 7 mərtəbəli binanın dağıntıları altında aşkarlanan 3-4 yaşlı qızın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni ərazidən həmçinin 15 yaşlı oğlanın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Həmin yerdə daha 2 nəfərin də meyiti aşkarlanıb, hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 49 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 13:48 Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş rayonunda 26 nəfəri dağıntılar altından sağ çıxarıb, 47 nəfərin isə cəsədini çıxarıblar. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur. Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək. Вернуться назад |