Главная > Hadisə / Manset > Türkiyədə zəlzələ qurbanlarının sayı artır: SON RƏQƏMLƏR

Türkiyədə zəlzələ qurbanlarının sayı artır: SON RƏQƏMLƏR


11-02-2023, 08:53. Разместил: admin
Türkiyədə zəlzələ qurbanlarının sayı artır: SON RƏQƏMLƏR

Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdən həlak olanların sayı 20 318 nəfərə çatıb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, xilas edilənlərin sayı 80 088 olub.

Zəlzələdən zərər çəkən 91 511 şəxs isə başqa bölgələrə təxliyə olunub.

Bir neçə bölgədə axtarışlar artıq dayandırılıb, digərlərində isə xilasetmə işləri davam edir. Zəlzələnin baş vermə anından hətta 116 saat keçdikdən sonra insanların həyatının xilas edilməsi ümidləri artırır.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib.
Вернуться назад