Главная > Hadisə / Manset > Ələtdə 49 yaşlı kişinin ölüm səbəbi məlum olub

Ələtdə 49 yaşlı kişinin ölüm səbəbi məlum olub


26-03-2023, 14:18. Разместил: admin
Ələtdə 49 yaşlı kişinin ölüm səbəbi məlum olub

Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qaradağ Rayon Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Şahin Quliyevin martın 24-ü günorta saatlarında Dəyanət Cəfərovu döyərək ağır xəsarət yetirməsi və zərərçəkmiş şəxsin həmin xəsarət nəticəsində növbəti gün ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa vurulmuş ağır zərərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir
Вернуться назад