Главная > Hadisə > Sabirabadda səkkiz yaşlı uşağın meyiti tapıldı

Sabirabadda səkkiz yaşlı uşağın meyiti tapıldı


28-03-2023, 21:39. Разместил: admin
Sabirabadda səkkiz yaşlı uşağın meyiti tapıldı

Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb.

“Report”un məlumatına görə, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət Əlisəfa oğlunun meyiti yol kənarında aşkar edilib. Azyaşlının naməlum avtomobil tərəfindən vurulduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад