Главная > Hadisə > Baş nazir sürüşən ərazidə
Baş nazir sürüşən ərazidə25-11-2019, 12:16. Разместил: azadses |
AAYDA rəsmisi ərazidə təmirin bir neçə ay ola biləcəyini deyib Baş Nazir Əli Əsədov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bibiheybətdə baş vermiş sürüşmə zonasına baş çəkiblər. Dövlət rəsmiləri əraziyə baxış keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi Əziz Qaralov sürüşmənin səbəbini açıqlayıb. Onun sözlərinə görə, Bayıl ərazisi sürüşməyə meyilli ərazi olduğundan ciddi nəzarətdə saxlanılır. nazirlik rəsmisi təxminən yolun 80-100 metrlik hissəsində sürüşmə qeydə alındığını deyib. Ə.Qaralov bildirib ki, prosesə səbəb insan amilidir: "Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədi, yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur. Atmosfer çöküntülərinin intensiv olması ilə bağlı torpaq qatı ağırlaşır, təzyiq artıq və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarının çökməsi tipli hadisə təkrar qeydə alınıb". Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, ötən gün axşam saatlarından etibarən ərazidə çatların böyüməsi müşahidə edildi və aidiyyəti üzrə məlumat verildi, dərhal ərazidə hərəkətin dayandırılması qərara alındı. Axşam 7-8 radələrində sözügedən ərazidə avtomobillərin hərəkəti tam məhdurlaşdırıldı. Səhərə yaxın, saat 5-6 radələrində bu əraziləlrdə çökmə hadisəsi baş verdi. "Təmir-bərpa işləri qısamüddətli olmayacaq, bir neçə ay ərazidə işlər görülməsi nəzərdə tutulur". Xatırladaq ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində əraziyə gedən yol bağlanıb. Вернуться назад |