Главная > Hadisə > Naxçıvanda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Naxçıvanda iki avtomobil toqquşdu: Xəsarət alanlar var


23-04-2023, 21:07. Разместил: azadses
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, iki avtomobilin toqquşması iki nəfərin xəsarət almasına səbəb olub.

Hadisə zamanı Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Məmişov Rəbbin və 2016-cı il təvəllüdlü Oruclu Fidan xəsarət alıblar.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад