Главная > Hadisə > Qəbələdə 10 yaşlı uşağı avtomobil vuraraq ağır xəsarət yetirib

Qəbələdə 10 yaşlı uşağı avtomobil vuraraq ağır xəsarət yetirib


5-05-2023, 15:12. Разместил: azadses
Qəbələ rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Kərimova Əminə Arzu qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад