Главная > Hadisə > Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb


6-05-2023, 17:33. Разместил: azadses
Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Xudat-Qusar avtomobil yolunun Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Seymur Dusmətov 05.05.2023-cü il tarixdə idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Qusar şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə keçmək istəyən velosipedçi 1998-ci il təvəllüdlü Sənan Həmrayevi vuraraq öldürüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.


Вернуться назад