Главная > Hadisə > Goranboyda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb
Goranboyda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb20-05-2023, 10:35. Разместил: azadses |
Goranboy-Tərtər avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, avtomobil 64 yaşlı piyada Qasımov Şahin Məhəmməd oğlunu vuraraq öldürüb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |