Главная > Hadisə > Nizami rayonunda 20 yaşlı qızı avtomobil vurub
Nizami rayonunda 20 yaşlı qızı avtomobil vurub1-06-2023, 13:15. Разместил: azadses |
Bakının Nizami rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Əsədova Səadət Rasim qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Вернуться назад |