Главная > Hadisə > Ağdamda sürücü yol qəzasında yaralanıb

Ağdamda sürücü yol qəzasında yaralanıb


4-06-2023, 08:23. Разместил: azadses
Ağdam rayonunda 46 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1977-ci il təvəllüdlü İslamov Əlikram Nizami oğlu idarə etdiyi avtomobili yol kənarındakı maneəyə çırpıb və nəqliyyat vasitəsi aşıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад