Главная > Hadisə > Sabunçuda 55 yaşlı kişini avtomobil vurub

Sabunçuda 55 yaşlı kişini avtomobil vurub


7-06-2023, 09:12. Разместил: azadses
Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Mədətov Şəmistan İmdad oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад