Главная > Hadisə > Buzovnada 46 yaşlı kişini avtomobil vurub

Buzovnada 46 yaşlı kişini avtomobil vurub


28-06-2023, 14:06. Разместил: azadses
Bakının Xəzər rayonunda yol qəzası zamanı piyada ağır xəsarət alıb.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1977-ci il təvəllüdlü İsrafilov İlqar Vuqar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад