Главная > Hadisə > Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıb

Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıb


4-08-2023, 19:20. Разместил: azadses
Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 30-da rayon ərazisindəki piyada keçidlərinin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri 36 yaşlı Ramal Məmmədli və 31 yaşlı Tural Əhmədov saxlanılıblar.

Araşdırma aparılır.


Вернуться назад