Главная > Hadisə > Bakıda itkin düşən 15 yaşlı gənc tapılıb - YENİLƏNİB

Bakıda itkin düşən 15 yaşlı gənc tapılıb - YENİLƏNİB


26-08-2023, 12:00. Разместил: azadses
Ötən gün Bakının Xəzər rayonununda itkin düşmüş 2008-ci il təvəllüdlü Abbasov Adəm Qüdrət oğlu tapılıb.

Bu barədə "Report"a onun yaxınları məlumat veriblər.

Onlar bildiriblər ki, A.Abbasov ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayaraq olduğu yer barədə xəbər verib. O, artıq evindədir.

Qeyd edək ki, 15 yaşlı gənc dünən axşam saatlarında Binə qəsəbəsində fərdi dərs hazırlığı kursundan çıxaraq bir daha evə qayıtmamışdı. Onu son dəfə avtobus dayanacağında görüblər. Bundan sonra A.Abbasovdan xəbər olmamışdı.

01:31
Bakının Xəzər rayonununda 15 yaşlı gənc oğlan itkin düşüb.

"Report"un məlumatına görə, Binə qəsəbəsində 2008-ci il təvəllüdlü Abbasov Adəm Qüdrət oğlu dünən axşam saatlarında fərdi dərs hazırlığı kursundan çıxıb. Lakin evə qayıtmayıb. Onu son dəfə avtobus dayanacağında görüblər. Bundan sonra A.Abbasovdan xəbər olmayıb.

Hadisə ilə bağlı Xəzər rayonu Polis İdarəsi 3-cü Polis bölməsinə məlumat verilib.

A.Abbasovu görənlərdən və ya onun barəsində məlumatı olanlardan hüquq-mühafizə orqanlarına, yaxud 051-799-96-45 nömrəli telefona xəbər vermələri xahiş olunur.


Вернуться назад