Главная > Hadisə > Gəncədə avtomobillərin toqquşması 3 nəfərin xəsarət alması ilə nəticələnib

Gəncədə avtomobillərin toqquşması 3 nəfərin xəsarət alması ilə nəticələnib


1-10-2023, 08:52. Разместил: azadses
Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində, marketlərin birinin yaxınlığında qeydə alınıb.

"Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması sonucunda Gəncə şəhər sakinləri - 1993-cü il təvəllüdlü Həsənov Elşən İbrahim oğlu, 1976-cı il təvəllüdlü Babayev Amil Novruz oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад