Главная > Hadisə > Bakı sakini bıçaqlanıb

Bakı sakini bıçaqlanıb


6-11-2023, 15:32. Разместил: azadses
Bakının Yasamal rayonunda dava zamanı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə “Alatava” adlanan yaşayış sahəsində qeydə alınıb.

Belə ki, 47 yaşlı Kənan Ağaverdi oğlu Babaverdiyev tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.


Вернуться назад