Главная > Hadisə > Abşeron sakini avtomobili işıq dirəyinə çırpıb, hadisə yerində ölüb

Abşeron sakini avtomobili işıq dirəyinə çırpıb, hadisə yerində ölüb


5-12-2023, 13:00. Разместил: azadses
Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, "Vaz 21074" markalı avtomobilin sürücüsü Məlikov Asif Müslüxan oğlu idarəetməni itirərək avtomobili işıq dirəyinə çırpıb.

O, hadisə yerində dünyasını dəyişib.

Hadisə Xocəsən qəsəbəsində Qobu yaşayış massivində baş verib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.


Вернуться назад