Главная > Hadisə > Ötən gün vətəndaşlardan 2 tapança, 5 qumbara, 11 tüfəng götürülüb

Ötən gün vətəndaşlardan 2 tapança, 5 qumbara, 11 tüfəng götürülüb


21-12-2023, 11:16. Разместил: azadses
Polis əməkdaşları ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 2 tapança, 5 qumbara, 11 tüfəng təhvil götürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 5 ədəd qumbara, 3 patron darağı, 146 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.


Вернуться назад