Главная > Hadisə > Ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng götürülüb

Ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng götürülüb


22-12-2023, 13:00. Разместил: azadses
Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng təhvil götürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Dekabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Qeyd olunub ki, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd qumbara, 1 ədəd tapança, 1 ədəd patron darağı, 1 tüfəng və 8 ədəd patron aşkar edilərək götürülüb.


Вернуться назад