Главная > Hadisə > Ötən gün vətəndaşlardan götürülən silahın sayı açıqlanıb

Ötən gün vətəndaşlardan götürülən silahın sayı açıqlanıb


3-01-2024, 11:15. Разместил: azadses
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları yanvarın 2-də vətəndaşlardan qanunsuz saxlanılan 2 avtomat, 2 ov tüfəngi müsadirə ediblər.

"Report"un DİN-ə istinadən verdiyi xəbərə əsasən, silahlar keçirilən əməliyyat tədbirləri nəticəsində götürülüb.

Polis əməkdaşları bundan başqa 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edib.

Həmçinin, ötən gün polis əməkdaşlarına respublikanın ayrı-ayrı rayonlarından 3 ədəd müxtəlif markalı tüfəng təhvil verilib.


Вернуться назад