Главная > Hadisə > Qanunsuz saxlanılan odlu silahlar polisə təhvil verilib
Qanunsuz saxlanılan odlu silahlar polisə təhvil verilib27-01-2024, 13:49. Разместил: azadses |
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, yanvarın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 9 ədəd müxtəlif markalı tüfəng, 2 ədəd patron darağı və 399 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 1 tapança, 1 ədəd qumbara, 1 alışdırıcı, 4 ədəd müxtəlif markalı tüfəng, 3 ədəd patron darağı və 53 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Вернуться назад |