Главная > Hadisə > Şəmkirdə avtomobil qəzası olub, ölən var

Şəmkirdə avtomobil qəzası olub, ölən var


31-01-2024, 08:00. Разместил: azadses
Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu ölüb.

Hadisə zamanı daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад