Главная > Hadisə > Cəlilabadda qəza: Ölən və yaralanan var

Cəlilabadda qəza: Ölən və yaralanan var


14-03-2024, 17:09. Разместил: azadses
Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza yolun 123-cü kilometrində Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri isə xəsarət alıb.

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад