Главная > Hadisə > Başqırdıstanda yanğında bir ailənin 4 üzvü ölüb

Başqırdıstanda yanğında bir ailənin 4 üzvü ölüb


31-03-2024, 13:56. Разместил: azadses
Rusiyanın Başqırdıstan Respublikasının Jeleznodorojnı kəndində baş vermiş yanğında bir ailənin dörd üzvü ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlər ana, onun iki yaşlı qızı, bir yaşlı oğlunun və babanın meyitini çıxarıblar.

Yanğın bütün yaşayış evini, həmçinin hamamı və iki avtomobili əhatə edib. FHN qeyd edib ki, binada yanğının başlandığını bildirəcək yanğın detektoru olmayıb.

Xatırladaq ki, martın 28-də Rusiyanın Altay diyarında yanğında üç uşaq ölüb.


Вернуться назад