Главная > Hadisə > Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB


27-06-2024, 14:00. Разместил: azadses
Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Rəşad Əmrahov göstərilən tibbi yardımlara baxmayaraq yerləşdirildiyi tibb müəssisəsində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Xanlıqlar kəndində, restoranların birinin qarşısında qeydə alınıb.

2024-06-26 21:21
Qazax rayonunda piyadanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xanlıqlar kəndində qeydə alınıb.

Müxtəlif xəsarətlər alan piyada, 1988-ci il təvəllüdlü Rəşad Əmrahov xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад