Главная > Hadisə > Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb

Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb


4-07-2024, 18:09. Разместил: azadses
Beyləqan rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobillərin toqquşması nəticəsində sərnişin, 2017-ci il təvəllüdlü R.Məlikzadə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Fakt araşdırılır.


Вернуться назад