Главная > Hadisə > Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb

Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb


24-09-2024, 18:02. Разместил: azadses
Bakının Xətai rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2023-cü il təvəllüdlü S.Abdullayeva xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад