Главная > Hadisə > Tibetdə güclü zəlzələ olub

Tibetdə güclü zəlzələ olub


7-01-2025, 16:30. Разместил: azadses
Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Вернуться назад