Главная > Hadisə > Hövsan qəsəbəsində işıq olmayacaq
Hövsan qəsəbəsində işıq olmayacaq9-04-2025, 17:19. Разместил: azadses |
Bu gün Bakının Suraxanı rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Report”a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir işləri ilə əlaqədar aprelin 9-da elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 09:00-dan saat 16:00-dək qəsəbədə yerləşən Bağlar yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Вернуться назад |