Главная > Hadisə > Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub16-04-2025, 14:00. Разместил: azadses |
Bakıda 332 nömrəli körpələr evi-uşaq bağçasında məhdud hissədə yanğın baş verib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb. Qeyd olunub ki, bağçadakı uşaqların və işçilərin, həmçinin yaxın ərazidə yerləşən 162 nömrəli tam orta məktəbin şagird və müəllim kontingentinin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır. Вернуться назад |