Главная > Hadisə > Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB16-04-2025, 16:32. Разместил: azadses |
Yevlax rayonunda sərnişin avtobusu aşıb, xəsarət alanlar var. TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı xəsarət alanlara ilkin tibbi xidmət göstərilib. Qeyd olunub ki, aprelin 16-da saat 06:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (5 qadın, 3 kişi) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Hər bir şəxsə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. 09:51 Yevlax rayonunda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax rayonu Xanabad kənd ərazisində qeydə alınıb. Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə 10-a yaxın sərnişin xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |