Главная > Hadisə > Çaylarda sululuq artıb

Çaylarda sululuq artıb


28-05-2025, 15:43. Разместил: azadses
Azərbaycanda çaylarda sululuq artıb.

Bu barədə "Report"a Milli Hidrometeologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 28-i saat 10:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 16 sm, Katexçayda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay və Kürəkçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 5 sm, Oxçuçay, Quruçayda 3 sm, Həkəriçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 17 sm, Kür-Surrada isə 5 sm artım qeydə alınıb.


Вернуться назад