Главная > Hadisə > Ötən gün cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb
Ötən gün cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb2-06-2025, 16:32. Разместил: azadses |
Ötən gün cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 1-i saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mövlam Muxtar oğlu Mustafayevin iyunun 2-də aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib. Vurğulanıb ki, hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb. Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Вернуться назад |