Главная > Hadisə > Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıbDünən, 08:55. Разместил: azadses |
Azərbaycanda iyunun 6-da 16 kiloqramdan çox narkotik aşkarlanıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 6-da ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 84 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 5000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. Вернуться назад |