Главная > Hadisə > Çaylarda sululuq artdı
Çaylarda sululuq artdıDünən, 17:20. Разместил: azadses |
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb. Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Avtomat hidroloji stansiyaların iyunun 14-ü saat 10:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 21 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçayda 25 sm, Həkəriçayda 6 sm, Oxçuçay və Bərgüşadçayda isə 3 sm artım qeydə alınıb. Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 267 m3/san olmaqla normanın 45%-ni təşkil edir. Вернуться назад |