Главная > Hadisə > Qobustanda qəza olub, yaralanan var

Qobustanda qəza olub, yaralanan var


8-09-2020, 14:04. Разместил: azadses
Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı yolunda qeydə alınıb.
"VAZ 2107" və "Renault" markalı avtomobillər toqquşub.
Zərbənin təsirindən "Renault" aşıb. Hadisə zamanı Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü sürücü Hüseynov İlkin Vurğun oğlu xəsarət alıb.
Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Вернуться назад