Главная > Hadisə > Abşeronda 18 yaşlı qız sevgilisini bıçaqlayıb

Abşeronda 18 yaşlı qız sevgilisini bıçaqlayıb


10-09-2020, 12:03. Разместил: azadses
Abşeron rayonunda sevgilisini bıçaqlamaqda ittiham olunan Gülşən Mustafayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
''Azad Səs'' "Ölkə.Az"-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Səbuhi Hüseynovun icraatına verilib. 
Məhkəmə hazırlıq iclası sentyabrın 15-nə təyin olunub.
İttihama görə, Abşeron rayonu, Atyalı yaşayış massivinin ərazisində 1999-cu il təvəllüdlü Musa Abdullayev sevgilisi, 18 yaşlı Gülşən Mustafayeva tərəfindən bıçaqlanıb.
Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Gülşən Mustafayeva həbs edilib.
İstintaq orqanı tərəfindən Gülşən Mustafayevanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Вернуться назад