Главная > Hadisə > "Bazarstore" "Akkord Mərmər Qranit"i məhkəməyə verdi
"Bazarstore" "Akkord Mərmər Qranit"i məhkəməyə verdi12-09-2020, 09:50. Разместил: azadses |
![]() ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, "Bazarstore" MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "Akkord Mərmər Qranit" MMC şirkətinə qarşı mülki iddia qaldırıb. İddiaya hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq. İki şirkət arasında yaranmış məhkəmə mübahisəsinin detalları açıqlanmayıb. Qeyd edək ki, “Bazarstore” Azərsun Holdinqin 2011-ci ildə fəaliyyətə başlatdığı supermarket şəbəkəsidir. “Akkord Mərmər Qranit” MMC “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasına aid şirkətdir. Вернуться назад |