Главная > Hadisə > Goranboyda maşını körpüdən aşıran sürücü öldü

Goranboyda maşını körpüdən aşıran sürücü öldü


14-09-2020, 17:08. Разместил: azadses
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun Qaraçinar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Qəza hərəkətdə olan “Hyundai” markalı avtomobilin idarəetmədən çıxması nəticəsində baş verib. Maşını körpüdən aşıran sürücü (şəxsiyyəti dəqiqləşdirilir) hadisə yerində ölüb.  
Faktla bağlı araşdırma aparılır. 

Вернуться назад