Главная > Hadisə / Cəmiyyət > Azərbaycanda növbəti dəfə zəlzələ olub

Azərbaycanda növbəti dəfə zəlzələ olub


12-10-2020, 08:16. Разместил: azadses
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yerli vaxtla saat 06:56-da Zərdab stansiyasından 17 km qərbdə Zərdab-Bərdə sərhədində zəlzələ qeydə alınıb.
Bu barədə "Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Qeyd edilir ki, yeraltı təkanlar 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.
Qeyd edək ki, bu, son iki gündə ölkədə qeydə alınan növbəti zəlzələdir. Oktyabrın 10-da Qusar rayonunda da zəlzələ qeydə alınıb.

Вернуться назад