Главная > Hadisə > Daşkəsəndə avtomobil dərəyə aşdı, sürücü öldü

Daşkəsəndə avtomobil dərəyə aşdı, sürücü öldü


13-10-2020, 12:30. Разместил: azadses
Daşkəsəndə dərəyə aşan avtomobilin sürücüsü ölüb.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 13-də saat 1 radələrində Daşkəsən rayonunun Əhmədli kəndi ərazisində Dəstəfur kənd sakini Turan Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili dərəyə aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Вернуться назад