Главная > Hadisə / Manset > Birinci qrup əlilin evi yandı
Birinci qrup əlilin evi yandı29-12-2019, 12:50. Разместил: azadses |
180 kv.metrlik evin 126 kvmetri əşyaıarla birgə tam yanıb Gecə saatlarında Xaçmazın Yeni Sudur kəndində birinci qrup əlil olan Əli Hacıyevin evi yanıb. Azadsəs-in şimal bürosunun məlumatına görə, qəfil başlayan yanğın Əli Hacıyevə məxsus iki mərtəbəli evinin tamamiçə yanmasına səbəb olub. Sakinlərin verdiyi məlumata görə, 180 kv.metrlik evin 126 kvmetri əşyaıarla birgə tam yanıb. Yanğına odunla qızdırılan evin bacasının təmizlənməməsinin səbəb olduğu deyilir. Hadisə yerində FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi işləyib. Bir qolu olmayan əlil sakinin qış ayında evsiz qalmasına səbəb olan yanğının başvermə səbəbləri araşdırılır. Вернуться назад |