Главная > Hadisə > Gənc oğlan əmisini və onun dostunu güllələdi

Gənc oğlan əmisini və onun dostunu güllələdi


31-10-2019, 14:58. Разместил: azadses

Kürək nahiyələrindən güllə yarası alıblar
Ağstafa rayonunda gənc oğlan əmisini və onun dostunu güllələyib.
Azadses.az xəbər verir ki İstiPress-in məlumatına görə, rayonun Köçəsgər kənd sakini, 1989-cu il təvəllüdlü Sərxan Məmmədov 51 yaşlı əmisi Qabil Məmmədovu və onun 60 yaşlı dostu Yusif Əlləcovu odlu silahdan açdığı atəş nəticəsində yaralayıb.
Onlar kürək nahiyələrindən güllə yarası alıblar.
Yaralılardan biri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, digəri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Вернуться назад