Главная > Hadisə > Bakıda marketdən içərisində pul olan seyf oğurlandı

Bakıda marketdən içərisində pul olan seyf oğurlandı


21-11-2020, 12:40. Разместил: azadses
Bakıda marketdə oğurluq hadisəsi baş verib.

''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Belə ki, Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Şöbəsi (PŞ), Nəsimi RPİ 19-cu PŞ və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Z.Bünyadov prospektindəki marketlərin birindən içərisində 800 manat pul olan seyf, 2 300 manat dəyərində tütün məmulatı, spirtli içki və yağ oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Hüseynli, R.Həsənov və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş E.Həsənov saxlanılıblar.

Вернуться назад